AZ

Zaqatalada qəzada xəsarət alan şəhid atasıdır

Zaqatalada baş verən qəzada şəhid atası xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər Zaqatala rayon Yuxarı Tala kənd sakini – 1990 -cı il təvəllüdlü Kərimov Əziz Müsail oğlu və rayonun Muxax kənd sakini Mahmudov Ramazan xəsarət alıblar.

Qeyd edək ki,qəza zamanı xəsarət alan “VAZ-2107-nin sürücüsü Ramazan Mahmudov şəhid Natiq Mahmudovun atasıdır./Unikal/

Seçilən
41
2
nocomment.az

10Mənbələr