AZ

Azərbaycanın U 21 millisi səfər matçında xal qazandı

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.

Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qarşılaşma Plovdiv şəhərində baş tutub.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
11
unikal.az

10Mənbələr