ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.
Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qarşılaşma Plovdiv şəhərində baş tutub.
Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.