AZ

Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB

İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində deyib.

"Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük", - o bildirib.

Əraqçi qeyd edib ki, İran atəşkəsi qəbul etməyəcək:

"Yalnız müharibənin sonunu, yəni İran fasiləni deyil, yalnız bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcəyik".

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə ya birbaşa, ya da "regiondakı dostlar" vasitəsilə mesaj mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, Əraqçi bunu "Al Jazeera"yə müsahibəsində deyib.

O qeyd eidb ki, bu, İranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.

"Mən əvvəlki kimi Uitkoffdan (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv - red.) birbaşa mesajlar alıram və bu o demək deyil ki, biz danışıqlar aparırıq", - o deyib.

Qeyd edək ki, martın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai 31 gün ərzində ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.

Seçilən
15
2
far.az

5Mənbələr