AZ

İtaliya ABŞ bazaları ilə bağlı iddialara cavab verdi

İtaliya müdafiə naziri Quido Crosetto ABŞ hərbi bazaları ilə bağlı yayılan sensasion iddialara aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, nazir ölkənin guya ABŞ qüvvələri üçün bazaların istifadəsini dayandırdığı barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Crosetto vurğulayıb ki, İtaliyadakı bütün hərbi bazalar hazırda aktivdir və əvvəlki qaydada istifadə olunur. Onun sözlərinə görə, nə ABŞ-la münasibətlərdə hər hansı gərginlik var, nə də hərbi əməkdaşlıqda dəyişiklik baş verib.

Nazir əlavə edib ki, ABŞ qüvvələrinin İtaliyadakı mövcudluğu 1954-cü ildən qüvvədə olan razılaşmalar çərçivəsində tənzimlənir və hər iki tərəf bu qaydalara tam riayət edir.

Beləliklə, son günlər yayılan “bazalar bağlanır” iddiaları rəsmi səviyyədə təkzib olunub və Roma Vaşinqtonla əməkdaşlığın davam etdiyini açıq şəkildə bəyan edib.

 

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr