AZ

Gədəbəydə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, qəza rayonun giriş hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Shacman” markalı yük avtomobili ilə minik avtomobili toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
57
35
unikal.az

10Mənbələr