AZ

Zaqatalada avtomobillər toqquşdu - xəsarət alanlar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2109" markalı avtomobillər toqquşub, nəticədə iki nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı xəsarət alan "VAZ-2107"nin sürücüsü Ramazan Mahmudov Vətən müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.

Seçilən
40
10
hakimiyyet.az

10Mənbələr