Bakı. Trend:
İtaliya futbolunun nəhənglərindən olan “Milan” klubu heyətiniyeni gənc istedadla gücləndirib.
Trend xəbər verirki, İtaliya təmsilçisi Serbiyanın “Partizan” klubunda çıxış edənAndrey Kostiçin transferini uğurla yekunlaşdırıb.
“Qırmızı-qaralar” 19 yaşlı monteneqrolu forvardın keçidi üçünBelqrad klubuna 3,5 milyon avro təzminat ödəyəcək. Gənc hücumçununrəsmi olaraq iyulun 1-dən etibarən “Milan”ın düşərgəsinə qoşulacağıplanlaşdırılır.
Qeyd edək ki, müqavilənin şərtlərinə əsasən, “Partizan”futbolçunun gələcək satışından əlavə 10 faiz pay almaq hüququnu daqoruyub saxlayır.