"Mançester Siti"nin qol maşını Erlinq Holand təkcə meydandakı uğurları ilə deyil, şəxsi həyatındakı lüks seçimləri ilə də gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "The Sun" nəşrinin yaydığı xəbərə əsasən, norveçli hücumçu dünyada cəmi 150 ədəd istehsal olunan xüsusi buraxılış "Mercedes-Maybach S-Class Virgil Abloh Edition" avtomobilini satın alıb.
Dəyəri təxminən 460 min avro olan bu yeni nəqliyyat vasitəsi ulduz futbolçunun qarajındakı nadir incilərdən biri olacaq. Bu alışdan sonra Holandın ümumi avtomobil kolleksiyasının qiymətinin 10 milyon avroya çatdığı bildirilir.
Sahə xaricində də elit həyat tərzi ilə seçilən 23 yaşlı forvardın bu seçimi pərəstişkarları tərəfindən maraqla qarşılanıb.