AZ

Azərbaycanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi Saatlı rayonunda yeni mənzillər alacaq.

Far.Az-in məlumatına görə, yeni mənzillərin alınması əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Layihə çərçivəsində Saatlı rayonunda ümumilikdə 45 mənzilin satın alınması planlaşdırılır.

Belə ki, satınalma 27 ədəd ikiotaqlı və 18 ədəd üçotaqlı mənzili əhatə edir. Mənzillərin alınması üçün ehtimal olunan dəyər 3 milyon 924 min manat təşkil edir.

Seçilən
27
far.az

1Mənbələr