AZ

Finlandiyadan Azərbaycana investisiyalar artıb

2025-ci ildə Finlandiyadan Azərbaycana yönələn birbaşa investisiyaların həcmi 30,364 milyon ABŞ dollarına çatıb.

"Unikal" bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir.

Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə 27,744 milyon dollar çoxdur, yəni təxminən 11,6 dəfə artım qeydə alınıb. Həmin dövrdə Finlandiya investisiyalarının Azərbaycanın ümumi birbaşa xarici sərmayələrində payı 0,5% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Finlandiyadan Azərbaycana daxil olan investisiyaların həcmi cəmi 2,620 milyon ABŞ dolları olmuşdu.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu rəqəm əvvəlki illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azalma deməkdir.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa investisiyalar 2,528 milyard ABŞ dolları səviyyəsində olub. Bu isə 2024-cü ilin göstəricisini 765,4 milyon dollar və ya 43,4% üstələyib.

Seçilən
58
7
unikal.az

10Mənbələr