AZ

“Volvo” Avropada Çin avtomobilləri satacaq


“Volvo” Çin markası “Lynk & Co” üçün avtomobilləri Avropada satacaq.
Yeniavaz.com
xəbər verir ki, şirkətlər martın 30-u yeni kommersiya tərəfdaşlığı qurmaq üçün anlaşma memorandumu (MOU) imzalayıblar.
Sənədə əsasən, “Lynk & Co” avtomobillərinin satışı və texniki xidməti “Volvo”nun Avropadakı mövcud diler şəbəkəsi vasitəsilə həyata keçiriləcək. “Volvo” rəhbərliyi bu addımı bütün tərəflər üçün qarşılıqlı faydalı hesab edir. Pərakəndə tərəfdaşlar əlavə müştəri bazası əldə edəcək və Çin brendi öz infrastrukturunu sıfırdan qurmadan satışları artıra biləcək.
Seçilən
33
yeniavaz.com

1Mənbələr