AZ

Keçmiş nazir eyni anda iki vəzifəyə təyin edildi – FOTO

Keçmiş xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın Böyük Britaniyadakı səfiri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, o, həmçinin, ölkənin Beynəlxalq Dəniz Təşkilatındakı Daimi Nümayəndəsi təyin edilib.

Darçiaşvili 2022-ci ildən 2024-cü ilə qədər xarici işlər naziri, 2017-ci ildən 2021-ci ilə qədər Gürcüstanın Polşadakı səfiri vəzifəsində çalışıb. Bundan əvvəl o, hökumət administrasiyasına və Bələdiyyə İnkişaf Fonduna rəhbərlik edib.

Gürcüstanın Böyük Britaniyadakı səfiri vəzifəsi 2024-cü ilin oktyabr ayından bəri boşdur./unikal/

Seçilən
14
2
nocomment.az

4Mənbələr