AZ

Ronaldo onu razı salmağa çalışır

style='margin-bottom:10px;'>

"Əl-Nəsr"in hücumçusu və kapitanı Kriştiano Ronaldo braziliyalı yarımmüdafiəçi Kazemironu Səudiyyə Ərəbistanı klubuna keçməyə razı salmaq üçün təşəbbüsü ələ alıb.

QOL.az xəbər verir ki, “Marca”nın məlumatına görə, portuqaliyalı ulduz Kazemironu komandaya keçməyə razı salmağa çalışır.

Ronaldo onu “Mançester Yunayted”dən ayrıldıqdan sonra komandanın əsas fiqurlarından biri kimi görür.

Bununla yanaşı, futbolçuya ABŞ-ın “İnter Mayami” klubu da ciddi maraq göstərir və tərəflər arasında danışıqların irəlilədiyi bildirilir.

Qeyd edək ki, Ronaldo və Kazemiro daha əvvəl “Real” və “Mançester Yunayted”də birlikdə çıxış ediblər.

Seçilən
53
teleqraf.com

1Mənbələr