Bakıda 41 yaşlı kişi yaşadığı evdə odlu silahla qətlə yetirilib. Şübhəli kimi özündən 5 yaş kiçik qardaşı saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Xəzər rayonunda baş verib.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, Şağan qəsəbəsində yaşayan 41 yaşlı Qamət Teymurov ov tüfəngi ilə qətlə yetirilib.
Dərhal istintaq qrupu hadisə yerinə gəlib və cinayəti törətməkdə şübhəli kimi onun qardaşını saxlayıb.
Qonşular deyirlər ki, ailə sakit və mehriban olub. Amma qətlə yetirilən Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb. O, illər əvvəl qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.
Məlumatda o da bildirilir ki, Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.