ain.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ilə UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini Asa Reqner ilə görüşüb.
APA xəbər verir, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi "X"də paylaşım edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub:
"Müzakirələr Azərbaycanın UNESCO-dakı fəal rolu, gender bərabərliyi, təhsil, UNESCO 80 təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri üzərində cəmləşib", - deyə paylaşımda qeyd olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.