AZ

Bu halda sürücüləri 40 manat cərimə gözləyir

Yağışlı havalarda yollarda yaranan gölməçələr və palçıqlı sahələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəzi sürücülər isə bu cür yerlərdən sürətlə keçərək qəsdən və ya ehtiyatsızlıqdan suyu və palçığı ətrafa sıçradırlar.Metbuat.az-ın məlumatına görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, yolda suyun və ya palçığın piyadaların, binaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat məbləğində cərimə edilir. Bu qayda piyadaların hüquqlarının qorunması və yollarda daha mədəni davranışın təmin olunması məqsədi daşıyır. Yol patrul xidməti əməkdaşı hadisəni birbaşa müşahidə etdikdə və ya piyadadan foto və ya video ilə şikayət daxil olduqda, pozuntu qeydə alınır. Qeyd edək ki, bu cür hallar əsasən qəsdən törədildiyi sübuta yetirildikdə cərimə tətbiq edilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
15
metbuat.az

10Mənbələr