AZ

Tez-tez başı ağrıyanların hansı problemləri var?



Tez-tez baş ağrısı çəkən insanlar digər xəstəliklərə daha çox həssas ola bilərlər.

Nəticələr göstərir ki, insanların baş ağrısına qarşı həssaslığı onların ümumi sağlamlığı haqqında məlumat verə bilər.

Medicina.az xəbər verir ki, İsveçin Stokholm şəhərindəki Karolinska İnstitutunun tədqiqatçıları, klaster baş ağrısı çəkən 3240 insanın sağlamlığını təhlil edən bir araşdırma apardılar.

Onlar sağlamlıq məlumatlarını eyni yaşda olan və baş ağrısı çəkməyən 162.000 insanın məlumatları ilə müqayisə etdilər.

Tədqiqatçılar tez-tez klaster baş ağrısı çəkən insanların digər xəstəliklərə daha çox həssas ola biləcəyi qənaətinə gəldilər.
Tədqiqatın nəticələrini şərh edən müəllif Karolin Ran deyib:

"Nəticələr göstərdi ki, tez-tez klaster baş ağrısı çəkən insanların ürək xəstəliklərindən, ruhi pozğunluqlardan və nevroloji xəstəliklərdən əziyyət çəkmə ehtimalı üç dəfədən çoxdur."

Klaster baş ağrıları başın bir tərəfində kifayət qədər güclü ağrı hissi ilə xarakterizə olunur.

Bu ağrılar adətən bir gözdə başlayır və sonra yaxınlıqdakı nahiyələrə yayılır.

Dəqiq səbəbi məlum deyil, baxmayaraq ki, onların hipotalamusun fəaliyyəti ilə əlaqəli olduğu məlumdur. Bəzən klaster baş ağrısı tutmaları siqaret çəkmə, spirtli içki qəbulu və ya ətir, boya və ya benzinin kəskin qoxuları ilə tetiklenir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, baş ağrıları ağrıya həssas strukturlarda mövcud iltihabı əks etdirə bilər. Bu iltihab əsas tibbi vəziyyətlərdən qaynaqlana bilər.

Aygün Musayeva


Seçilən
26
1
medicina.az

2Mənbələr