AZ

Türkiyədə oynamış sabiq islandiyalıdan qalmaqallı etiraf: ''Belhanda bizi bıçaqla gözləyirdi''

Bir dönəm Türkiyədə çıxış etmiş və 2021-23-cü illərdə ''Adana Dəmirspor''un şərəfini qorumuş islandiyalı Birkir Byarnason qalmaqallı etirafı ilə diqqət çəkib. İslandiya yığmasında 100-dən çox oyun keçirmiş 37 yaşlı Byarnason bu mövsümün əvvəlində karyerasını bitirdiyini açıqlamışdı. O, İslandiyanın ''Visir'' nəşrinə müsahibəsində Adana təmsilçisində komanda yoldaşı olmuş Yunes Belhandanın paltardəyişmə otağında onun üstünə bıçaq çıxartdığını deyib: ''Bir dəfə məşqdə 5 5-ə oynayırdıq. Belhanda topla hərəkət edərkən mən yox, başqa biri onun ayağına zərbə endirdi. Sonra mən ona təzyiq göstərməyə başladım. Birdən-birə döndü və ayağımın arxa əzələsinə təpik atdı. Ardından çənəmə də sərt bir yumruq atdı. Yerə yıxıldım. Tez ayağa qalxıb onu vurmaq istəyəndə digər futbolçular araya girdi. Baş məşqçi Montella idi və özünü görməməzliyə vurdu. Paltardəyişmə otağına daxil olduq. Prezidentin köməkçisi içəri girərək Belhandanın adından məndən üzr istədi. Ona özümü yaxşı hiss etmədiyimi və sonrakı məşqdə Belhanda qabağıma çıxacağı təqdirdə onun ayaqlarını qıracağımı söylədim. Öncəki mövsümdə Belhanda komandamızdakı ''öküz'' ləqəbli bir türk futbolçu ilə də mübahisə yaşamışdı. Məşqdən qovulmuşdu. Biz məşq bitdikdən və paltardəyişmə otağına daxil olduqdan sonra onun əlində bıçaqla bizi gözlədiyini görmüşdük. Ona görə də düşündüm ki, mənə qarşı da belə hərəkətə yol verəcək. Düzdü, sonradan məndən üzr istədi. Amma onunla artıq danışmaq istəmirdim''.

Seçilən
51
football-plus.az

1Mənbələr