Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Martın 31-də Azərbaycanlıların Soyqırım hadisələrinin 108-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları bir qurup şəhid ailəsi üzvləri, partiya veteranı və fəallar ilə birlkdə rayonun Qəhrəmanlar parkını ziyarət edərək Azərbaycanlıların Soyqırım qurbanlarının xatirə lövhəsi önünə gül dəstələri qoymuşlar.
Ziyarət zamanı Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin də məzarları üstünə gül dəstələri qoyularaq əziz xatirələri yad etdilmişdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.