AZ

Azərbaycana gətirilən arılarda gənə var?

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə və mətbuatda Özbəkistandan Azərbaycana gənələrlə yoluxmuş arı ailələrinin gətirildiyi ilə bağlı məlumat yayılıb.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, iddialara görə, idxal edilən arılar Tropilaelaps gənəsi ilə yoluxub. Bu gənələrin arı ailələrini sürətlə zəiflətdiyi qeyd olunub.

Məlumata görə, artıq bir tır arı ölkə ərazisinə gətirilib və İsmayıllı ərazisinə boşaldılıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, nümunələrdə gənə aşkarlanmayıb.

“Özbəkistandan bal arılarının idxalı üçün ilk dəfədir müraciət edilib. İlk partiya laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən, nümunələrdə gənə və ya parazitoloji xəstəlik aşkar edilməyib. Hazırda Agentlik tərəfindən qanunamüvafiq prosedurlar icra olunmaqdadır”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
www.bakupost.az

3Mənbələr