"ABŞ Fransanın İrana qarşı əməliyyatın ehtiyacları üçün təyyarələrin uçuşuna öz səmasını açmaqdan imtina etməsini unutmayacaq".
Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkə hesabında yazıb.
"Fransa hərbi yük daşıyan təyyarələrin öz ərazisi üzərindən İsrailə uçuşuna icazə vermədi. Fransa İran barəsində (İrana qarşı - red.) faydasız idi. ABŞ bunu xatırlayacaq!", - deyə o bildirib.
