AZ

Həyətini su basan Bakı məktəbində dərslər onlayn keçilib

Son günlər yağan intensiv yağışla əlaqədar Ramanı qəsəbəsinin bir sıra ərazilərində, o cümlədən 296 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətində suyun səviyyəsi artıb.

Bu barədə məktəbdən BAKU.WS-ə bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Problemin həlli istiqamətində müvafiq işlər görülməkdədir.

"Mövcud vəziyyətlə bağlı 30 və 31 mart tarixlərində tədris onlayn formada təşkil olunub. Aprelin 1-dən tədrisin ənənəvi qaydada davam etdirilməsi nəzərdə tutulur".

***15:23

Ramanada yerləşən 296 nömrəli məktəbdə şagirdlər çətin şəraitdə dərsə gedir.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, "Ramana savxoz" kimi tanınan hissədə yerləşən 296 nömrəli məktəbdə dərslər martın 28-dən etibarən başlayıb.

Lakin son günlər yağan güclü yağışlar ərazidə ciddi problemlər yaradıb. Küçələr, eləcə də məktəbin həyəti yağış suları altında qalıb. Nəticədə şagirdlər məktəbə gedib-gəlməkdə çətinlik çəkir, bəzi hallarda isə dərsə vaxtında çatmaq mümkün olmur.

Ərazidən görüntüləri təqdim edirik:

Seçilən
15
1
far.az

2Mənbələr