AZ

Mobil operatorların “endirim tələsi” - Ucuz tarif sonradan baha başa gələ bilər

Mobil rabitə operatorlarının təqdim etdiyi bəzi endirim kampaniyaları istifadəçilər üçün ilk baxışda cəlbedici görünsə də, sonradan əlavə xərclərə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılır.

Məlumata görə, bəzi hallarda abonentlərə daha sərfəli qiymətlə yeni tarifə keçid təklif olunur. Məsələn, normalda 25 manat olan tarif müəyyən müddət, 3 və ya 5 ay ərzində 10 manata təqdim edilir. Bu, istifadəçilər üçün ilkin mərhələdə avantajlı görünsə də, prosesin arxa planında riskli məqamlar var.

Belə ki, istifadəçi endirimli tarifə keçid etdikdən sonra əvvəl istifadə etdiyi köhnə tarifə geri dönmək imkanı bəzi hallarda mümkün olmur. Nəticədə endirim müddəti başa çatdıqdan sonra abonent daha yüksək qiymətli yeni tariflə davam etmək məcburiyyətində qalır.

İstifadəçilər isə qısa müddətli qazancı nəzərə alaraq bu təklifləri qəbul etsələr də, uzunmüddətli perspektivdə daha çox xərc çəkə bilərlər.

Abonentlərə tövsiyə edilir ki, mobil operatorlardan gələn endirim mesajlarını qəbul etməzdən əvvəl şərtləri diqqətlə araşdırsınlar. Xüsusilə, tarif dəyişikliyi zamanı əvvəlki paketə geri dönüş imkanının olub-olmaması dəqiqləşdirilməlidir.

Mina Mikayılova
Milli.Az

Seçilən
14
3
milli.az

4Mənbələr