AZ

Azərbaycan və Türkiyə qarşılıqlı investisiyalarını artırıblar

Bakı. Trend:

2025-ci ildə Türkiyənin Azərbaycana birbaşa investisiyalarınınhəcmi 1,231 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,8 milyon dollar vəya 1% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Türkiyədən reallaşan investisiyaların payı 18,7% təşkiledib. Bununla da hesabat dövründə Türkiyə Azərbaycana ən çoxyatırım edən ölkələr siyahısında Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığından sonra 2-ci pillədə qərarlaşıb.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Türkiyəiqtisadiyyatına 345 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlkiildəki göstərici ilə müqayisədə 96,032 milyon dollar və ya 38,6%çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində AzərbaycandanTürkiyəyə yatırılan investisiyaların xüsusi çəkisi 13,6% təşkiledib. Bununla da Türkiyə Azərbaycandan ən çox xaricə investisiyayönəldilən ölkələr siyahısında İsraildən sonra 2-ci yerdəqərarlaşıb.

2024-cü il ərzində Türkiyənin Azərbaycana birbaşainvestisiyalarının ümumi həcmi 1,219 milyard milyon dollar, əksistiqamətdə isə 248,9 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşaxarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Buisə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları vəya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstəriciilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Məqalədə:
Seçilən
64
7
az.trend.az

10Mənbələr