Yağışlı günlərdə qəzalar niyə baş verdi?
Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Maddi zərər, yollarda itirilən vaxt və yaranan nəqliyyat sıxlığı. Bəzi sürücülərin qaydalara əməl etməməsi nəticəsində elə onların özləri belə vəziyyətlə qarşılaşırlar. Bayram günlərində yağışlı havalarda qeydə alınan bu hadisələrin də baş vermə səbəbləri eynidir. Sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması, manevretmə qaydalarının pozulması. Sürücülər bilməlidirlər ki, qaydalara səthi yanaşdıqda nəticəsi bu videodakı kimi ola bilər.