AZ

İran hakimiyyəti ağıllı davransa, bizimlə razılığa gələr - Heqset

"İran hakimiyyəti ağıllı davransa, bizimlə razılığa gələ bilər".

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin binası) brifinqində bu barədə danışıb.

Pentaqon rəhbərinin sözlərinə görə, hakimiyyət dəyişikliyi baş verdiyi üçün yeni şəxslər əvvəlkindən daha ağıllı davranmalıdır.

"ABŞ Prezidenti Donald Tramp razılaşma əldə edəcək. O, hazırdır və İran tərəfi razılaşmanın şərtlərini bilir",- Heqset vurğulayıb.

Heqset xəbərdarlıq edib ki, əgər İran razılaşmaq istəməsə, ABŞ daha intensiv hücumlara keçəcək.

Brifinq zamanı Pentaqon rəhbəri şəxsən Yaxın Şərqə səfər etdiyini və İrana qarşı hərbi əməliyyatın gedişatını izləmək üçün orada yerləşən Amerika qoşunları ilə görüşdüyünü bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr