AZ

İsrail İranın əsas hərbi sənaye kompleksinə zərbələri aprelin 1 dək bitirəcək

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

İsrail Hərbi Hava Qüvvələri 1 aprelə qədər İranın ən vacib müdafiə sənayesi obyektlərinə zərbələri başa çatdıracaq.

525.az xəbər verir ki, bu barədə "The Times of İsrael" qəzeti orduya istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsraili təhdid edən silahların hazırlanmasında istifadə edilən bütün əsas obyektlərə zərbələr endiriləcək; bu, İranın hərbi sənayesinin təxminən 70%-ni təşkil edir. İsrail sonradan digər, "daha az əhəmiyyətli" hədəflərə də zərbə endirə bilər.

Məlumata görə, İranın ballistik raket buraxıcılarına, hava hücumundan müdafiə sistemlərinə və zabitlərinə, eləcə də İrana iqtisadi ziyan vura biləcək hədəflərə zərbələr endirilməsi davam edəcək.

Ötən həftənin sonunda İsrail Müdafiə Qüvvələrinin sözçüsü Effi Defrin bildirib ki, yaxın günlərdə İranın hərbi sənayesinin əsas elementlərinə qarşı kütləvi hücumlar başa çatdırıla bilər. İsrail Müdafiə Qüvvələrinin hesablamasına görə, ordu tezliklə İranın əsas silah istehsal edən müəssisələrinin təxminən 90%-ni məhv edəcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
525.az

10Mənbələr