AZ

Artıq hər kəs izləyə biləcək: Borclularla bağlı yeni qərar imzalandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nazirlər Kabinetinin yeni qərarı borcların ödənilməsi üçün müsadirə edilən əmlakların satışı prosesində şəffaflığı artırmaq məqsədi daşıyır. Köhnə qaydalara görə qiyməti 5 000 manatdan az olan əşyalar icra xidmətinin özünün seçdiyi ticarət şəbəkələrində satılırdı. Bu isə bəzən həmin əmlakların kimə və hansı şərtlərlə satılması barədə suallar yaradırdı.Yeni dəyişikliklə proses daha çox rəqəmsallaşır. Artıq həmin əmlaklar rəsmi dövlət satınalmaları qanununa uyğun fəaliyyət göstərən elektron ticarət platformaları vasitəsilə satışa çıxarılacaq. Bu o deməkdir ki, satış prosesi fərdi seçimlərlə deyil, hamı üçün açıq və izlənilə bilən sistem üzərindən aparılacaq. İcra məmurlarının bu prosesdəki fəaliyyətinə nəzarət edən qurumlar isə sifarişlərin verilmə ardıcıllığının və qanunvericiliyin tələblərinin düzgün yerinə yetirilib-yetirilmədiyini yoxlayacaqlar.Sadə dildə desək, müsadirə olunmuş əmlakın satışı artıq qapalı ticarət obyektlərində deyil, elektron sistemlərdə həyata keçiriləcək. Bu həm satışın sürətlənməsinə, həm də kənar müdaxilələrin qarşısının alınmasına xidmət edir. Dövlət bu yolla icra məmurlarının satış sifarişlərini hansı növbə ilə və hansı platformaya göndərdiyini daha rahat təqib edə biləcək.Qeyd edək ki, Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
demokrat.az

1Mənbələr