AZ

Trampdan yeni zərbə: demokratlar ŞOKDA

ABŞ-də tətbiq olunan yeni vergi güzəşti siyasi balansı dəyişir.

Musavat.com xəbər verir ki, “Politico”nun məlumatına görə, ABŞ prezidenti Donald Trampın əlavə iş saatlarına görə tətbiq etdiyi vergi güzəşti qısa müddətdə geniş populyarlıq qazanıb və bu, demokratlar üçün ciddi siyasi problemə çevrilib.

Rəsmi məlumatlara əsasən, indiyədək təxminən 20 milyon vergi ödəyicisi bu güzəştdən yararlanıb. Yeni mexanizm ailələrə əlavə iş saatlarından əldə etdikləri gəlirin 25 min dollara qədər hissəsini vergidən çıxmağa imkan verir və artıq ipoteka faizləri kimi ənənəvi güzəştlərdən daha populyar sayılır.

Respublikaçılar bu nəticəni açıq şəkildə siyasi üstünlük kimi təqdim edir. Konqres üzvü Mayk Kelli bildirib ki, bu addım demokratların ənənəvi olaraq sahib olduğu işçi təbəqə elektoratını hədəf alır.

Konqres üzvü Con Larson Trampın bu məsələdə gözləniləndən daha ağıllı addım atdığını etiraf edib. Digər demokrat siyasətçilər — Brendan Boyl və Mayk Tompson bu güzəştlərin genişləndirilməsini belə istisna etmirlər.

Eyni zamanda senator Kris Van Hollen alternativ təkliflə çıxış edərək illik gəliri 46 min dollardan az olan vətəndaşların gəlir vergisindən azad edilməsini irəli sürüb.

Bununla yanaşı, bəzi demokratlar rəsmi statistikaya şübhə ilə yanaşır. Konqres üzvü Lloyd Doqqett güzəştlərdən sui-istifadə halları ola biləcəyinə diqqət çəkib və daha detallı araşdırmaya ehtiyac olduğunu bildirib.

Respublikaçı Devid Şvaykert isə diqqət çəkən sual qaldırıb: bu təşviq doğrudanmı insanların daha çox işləməsinə səbəb olur, yoxsa sadəcə mövcud gəliri vergidən azad edir?

Qeyd olunur ki, bu güzəşt Trampın qəbul etdiyi geniş vergi paketinin tərkib hissəsidir və 2028-ci ilə qədər qüvvədə qalacaq. Lakin analitiklər hesab edir ki, seçicilər buna alışarsa, onun ləğvi siyasi baxımdan çətin olacaq.

Beləliklə, Trampın bu addımı təkcə iqtisadi deyil, həm də ABŞ-də seçkiöncəsi mübarizədə demokratları müdafiə mövqeyinə salan əsas faktorlaradan birinə çevrilib.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr