AZ

Ermənilərin Qubada törətdiyi soyqırımı: Tarixi abidələr və dinc əhali necə məhv edilib? - VİDEO

1918-ci ildə daşnak-bolşevik silahlı dəstələri Qubada da böyük qırğınlar törədib.

Baku TV-nin məlumatına görə, ermənilər insanları vəhşicəsinə qətlə yetirib, evləri talan edib, tarixi tikililərə ziyan vurublar. Ən böyük qırğınlardan birini isə rayonun Alpan kəndində törədiblər.

 

 

Burada yerli sakinləri qətlə yetirməklə yanaşı, qəbirdaşları gülləbaran edilib, 16-cı əsrə aid Subaba türbəsi yandırılıb.

"Onlar insanları yaşlı, cavan, böyük, kiçik demədən süngüləməklə, şişlə deşik-deşik etməklə öldürüblər. Gənc və yaşlı nəslin nümayəndələri əli silahsız olsalar da, ermənilərin Quba ərazisində törətdiklərinin qarşısını almaq üçün onlara qarşı mübarizə aparıblar", - deyə Digah kənd sakini Mənsur Hacıyev soyqırımı barədə danışarkən bildirib.

Seçilən
0
2
moderator.az

3Mənbələr