Azərbaycanda əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
NOCOMMENT.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Şərur şəhərindən 2, 3 və 4 otaqlı mənzillər veriləcək.//İqtisadiyyat.az