AZ

Kallas Aİ-nin Rusiyaya qarşı yeni tədbirləri barədəDANIŞDI

Avropa İttifaqı Rusiyanın “kölgə donanması”na qarşı dəniz xidmətlərinin tam qadağan olunmasını, rus hərbçilərinin Aİ-yə girişinə məhdudiyyətlərin sərtləşdirilməsini və Rusiyaya qarşı “xüsusi tribunal” yaradılması təşəbbüsünü müzakirə edir.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ diplomatiya rəhbəri Kaya Kallas "Ukrinform" agentliyinə müsahibəsində bildirib.

Kallas qeyd edib ki, “kölgə donanması” üçün dəniz xidmətlərinin tam qadağan olunması məsələsi gündəmdədir və bunun ciddi təsiri ola bilər. O vurğulayıb ki, Rusiyanın ümumi neft ixracının təxminən 45 faizi Baltik dənizi üzərindən həyata keçirilir.

Diplomat əlavə edib ki, bəzi üzv dövlətlər rus hərbçilərinin Avropaya girişinə qadağa qoyulmasını təklif ediblər və bu istiqamətdə müzakirələr davam edir.

Kallasın sözlərinə görə, bir çox ölkə hərbi əməliyyat iştirakçılarının Aİ-yə daxil olmasının məhdudlaşdırılmasını dəstəkləyir. O bildirib ki, bu yanaşma Avropanın gələcək təhlükəsizliyi baxımından vacib hesab olunur.

Eyni zamanda Kallas vurğulayıb ki, Aİ üçün əsas prioritetlərdən biri Rusiyaya qarşı “xüsusi tribunal” üzrə razılaşmanın üzv dövlətlər tərəfindən tam ratifikasiya edilməsidir. Onun sözlərinə görə, bu addım digər ölkələrin də təşəbbüsə qoşulmasına şərait yaradacaq.

Müsahibə zamanı Kallas həmçinin Rusiyanı sülh prosesinə qarşı çıxmaqda və danışıqları imitasiya etməkdə ittiham edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr