Aİ Putinlə barışmalı və Rusiyanın Zelenskini vəzifəsindən uzaqlaşdırmasına icazə verməlidir.
"Yeni Sabah" xəbər verir ki, bu fikri "Megaupload and Mega" faylpaylaşma xidmətlərinin təsisçisi, alman-fin iş adamı Kim Dotkom bildirib.
O, bloqunda yazıb: "Aİ-yə məsləhətim: Putinlə barışın, Rusiyanın Zelenskini vəzifəsindən uzaqlaşdırmasına icazə verin və 90 milyard avroya qənaət edin. Onsuz da sizin bu cür ödəmə qabiliyyətiniz yoxdur".
Daha əvvəl Kim Dotkom Kiyevdəki bütün elektrik stansiyalarının qış ərəfəsində bağlanması barədə yazmış və Ukrayna ilə bağlı sülh danışıqlarına çağırmışdı.
Telegram kanalımız