AZ

Batumidə Soyqırımı Günü ilə bağlı “31 Mart Anın Tarixi” adlı film nümayiş etdirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 31 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən baş konsulluğu tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra ölkəmizin Batumidəki baş konsulu Fuad Əzizov çıxış edərək 31 Mart soyqırımının səbəbləri, tarixi mahiyyəti, bu faciənin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlər, eləcə də XX əsrin əvvəllərində xalqımıza qarşı törədilmiş kütləvi qırğınlar və deportasiyalar haqqında ətraflı məlumat verib.

Bildirib ki, XX əsrin əvvəllərində daşnak ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da xalqımıza qarşı vaxtaşırı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirib, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.

Daha sonra tədbir çərçivəsində “31 Mart – Anın Tarixi” adlı film-hekayə nümayiş etdirilib.

Anım tədbirində baş konsulluğun əməkdaşları, ARDNŞ Batumi nümayəndəliyinin və Kulevi Neft Terminalının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri və şəhərdə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr