AZ

ABŞ strategiyasızlığı üzündən İranda rüsvay olacaq - Demokrat senator



Vaşinqtonun əməliyyatının gedişatı ilə bağlı qapalı brifinqlərdə iştirak edən Demokrat senator Kris Merfi deyib ki, ABŞ-ın İrandakı əməliyyat üçün strategiyası yoxdur və buna görə də münaqişədə rüsvayçı məğlubiyyətə uğrayır.

Qeyd edək ki, bazar ertəsi günü ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın İrana qarşı əməliyyatının dörd məqsədini açıqlayıb. Bunlara İranın hava qüvvələri və donanmasının məhv edilməsi, ölkənin raket buraxma imkanlarının kəskin şəkildə azaldılması və İslam Respublikasının hərbi sənayesinin məhv edilməsi daxildir.

Senator deyib ki, bunların hamısı "taktiki" məqsədlərdir, lakin strategiya deyil. “Çünki strategiya yoxdur. Gəlin bu "məqsədləri" açaq ki, brifinqlərdə öyrəndiklərimə əsasən bu müharibəni niyə acınacaqlı və utancverici şəkildə uduzduğumuzu izah edək", - deyə Merfi sosial media platforması X-də Rubionun sözlərini şərh edərkən yazıb.

SAMİRƏ

Seçilən
11
baki-xeber.com

1Mənbələr