AZ

İran XİN başçısı Türkiyəyə raket atılması iddialarını təkzibETDİ

İranın xarici işlər naziri Abbas ƏraqçıTürkiyəyə raket buraxılması ilə bağlı yayılan məlumatları əsassız adlandırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı İslam Respublikasının Türkiyə istiqamətində raket buraxdığına dair xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi NATO-nun hava hücumundan müdafiə vasitələrinin ölkə səmasında İrandan buraxıldığı iddia edilən ballistik raketi zərərsizləşdirdiyini açıqlamışdı. Raketin qalıqlarının Hatay vilayətinin Dörtyol rayonuna düşdüyü, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilmişdi.

Əraqçi həmçinin bildirib ki, Fars körfəzi regionunda “sülh və dostluğun əleyhdarları” saxta bayraq əməliyyatları həyata keçirə bilər. Onun sözlərinə görə, İran qonşuluq prinsiplərinə sadiq qalır, Türkiyənin suverenliyi və ərazi bütövlüyünə hörmət edir və hər hansı iddianın araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır.

İran XİN rəhbəri eyni zamanda ABŞ-nin İrana qarşı davam edən əməliyyatlarını da şərh edib. O vurğulayıb ki, ABŞ tərəfinin İranın enerji və istehsal infrastrukturuna zərbə endirmək barədə hədələri beynəlxalq hüquq və humanitar normaların kobud şəkildə pozulmasıdır və dünya ictimaiyyəti buna ciddi reaksiya verməlidir.

Nuriyyə NATİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr