AZ

Vətəndaş məsuliyyəti və rəqəmsal savadlılıq bu məlumat müharibəsi ndə ən vacib müdafiə xəttidir Mütəxəssis

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Süni intellekt texnologiyalarından istifadə edilərək hazırlanan dezinformasiya və misinformasiya kontentləri artıq sosial şəbəkələr vasitəsilə təsirli bir manipulyasiya alətinə çevrilmişdir. Xüsusilə deepfake kontentləri sosial şəbəkələrdə sürətlə yayılaraq kütlələrin rəyini idarə edir və cəmiyyətdə xaos yaradır. Vətəndaş məsuliyyəti və rəqəmsal savadlılıq bu "məlumat müharibəsi"ndə ən vacib müdafiə xəttidir. Çünki müasir müharibələrin taleyi artıq təkcə döyüş meydanında deyil, həm də alqoritmlərin və informasiya axınının yüksək texnologiyalarla idarə olunduğu rəqəmsal mühitdə həll olunur".

Bunu 525.az-a  Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, hazırda savaş meydanında 4-cü nəsil müharibə və 5-ci nəsil silah texnologiyaları tam tətbiq olunmaqdadır:

“İran və ABŞ-"İsrail", o cümlədən proksi qüvvələr arasındakı qarşıdurma, hibrid müharibə modelinin ən yetkin və mürəkkəb nümunəsidir. Siyasi, psixoloji, iqtisadi, enerji resursları, hərbi və informasiya komponentlərini ehtiva edən bu modeldə sosial şəbəkələr müharibələrdə əsas rol oynamağa başlamışdır. Texniki tərəfdən baxsaq, klassik cəbhə döyüşlərini üstələyən bu asimmetrik mübarizə, sülh ilə açıq hərbi münaqişə arasındakı "boz zona"da cərəyan edərək rəqib tərəfin daxili sabitliyini hədəf alır”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
525.az

1Mənbələr