AZ

“Riskli ərazilərdə məskunlaşma gələcəkdə daha ciddi sosial iqtisadi fəsadlara yol aça bilər” Rəy

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Güclü yağışların yaratdığı fəsadlar yenidən sığorta və hüquqi qeydiyyat problemini gündəmə gətirib. Son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yüzlərlə fərdi yaşayış evinə ciddi maddi ziyan dəyib. Xüsusilə subasma halları daha çox sənədsiz – çıxarışsız tikilmiş evlərin yerləşdiyi ərazilərdə qeydə alınıb. Mövcud qanunvericiliyə əsasən, belə hallar rəsmi şəkildə təbii fəlakət kimi qiymətləndirildiyi təqdirdə, zərərçəkmiş vətəndaşlara dövlət tərəfindən müəyyən həcmdə maliyyə dəstəyi göstərilməsi mümkündür. Lakin hadisə bu statusu almazsa, dəymiş ziyanın qarşılanması vətəndaşların öz üzərinə düşür”.

Bunun 525.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, problemin ən həssas tərəfi isə ondan ibarətdir ki, zərər görən evlərin əksəriyyəti çıxarışsız olduğundan rəsmi qaydada sığortalana bilmir. Bu isə o deməkdir ki, vətəndaşlar nə sığorta ödənişindən yararlana bilir, nə də bəzi hallarda dövlət kompensasiyasına tam şəkildə çıxış əldə edə bilirlər:

“Əgər bu yaşayış evləri hüquqi qeydiyyatdan keçmiş və sığortalanmış olsaydı, dəyən ziyan sığorta şirkətləri tərəfindən qarşılanmalı idi. Mövcud vəziyyət isə bir daha göstərir ki, plansız tikinti, sənədləşmə problemləri və riskli ərazilərdə məskunlaşma gələcəkdə daha ciddi sosial-iqtisadi fəsadlara yol aça bilər”.

Sevinc Qarayeva 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
525.az

1Mənbələr