Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı şəhəri, Nəsimi rayonundakı yeraltı keçiddə yerləşən "Win Toys" adlı oyun aparatının işləmədiyi halda vətəndaşlardan pul qəbul etməsi narazılığa səbəb olub.
Oxu.Az-a daxil olan görüntülərdə cihazın pulu qəbul etdiyi, lakin bundan sonra heç bir reaksiya vermədiyi görünür.
Bildirilib ki, gün ərzində çox sayda insan həmin aparata pul daxil edir. Bu səbəbdən vətəndaşlar vəsaitlərinin qarşılığında xidmət ala bilmədiklərini deyirlər. Sözügedən situasiya mənimsəmə halı kimi dəyərləndirilir.
Məsələ ilə bağlı diqqətçəkən məqamlardan biri isə cihazın nasaz vəziyyətdə olmasına baxmayaraq, bununla bağlı Azərbaycan dilində hər hansı xəbərdarlıq qeydinin yerləşdirilməməsidir.
Görüntüləri təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.