AZ

"Hüseyn Dərya məni aldadıb restoranlara özü gedirdi"

Teleaparıcı İdris Cəfərov mərhum reper Hüseyn Dərya haqqında səsləndirdiyi açıqlamalarla diqqət çəkib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, reperin keçmiş prodüseri ilə münasibətlərində zamanla problemlər yaranıb. Bildirilib ki, Hüseyn Dərya bir müddət sonra prodüserini aldatmağa başlayıb, işlərinin olmadığını desə də, eyni məkanlarda onsuz çıxış edirmiş.

Açıqlamada qeyd olunub ki, həmin dövrdə prodüser məkan sahibləri ilə birbaşa əlaqədə olub və vəziyyəti araşdırdıqdan sonra ifaçının onu yanıltdığını öyrənib. Bu səbəbdən bəzi restoran və səhnələrdə Hüseyn Dəryanın çıxışlarına son verildiyi iddia olunub.

Həmçinin vurğulanıb ki, o illərdə televiziya kanallarında reperi "qara siyahı"ya saldırması məsələsi də münasibətlərin daha da gərginləşməsinə səbəb olub və nəticədə tərəflər arasında əlaqə tamamilə kəsilib:

"Artıq məni aldatmağa başlamışdı, münasibətlərimizdə yalanlar yaranmışdı. Pul ehtiyacı artdıqca və pis vərdişlərinə görə onu qınadığım üçün mənə 'iş yoxdur' deyərək yalan danışırdı. Halbuki eyni məkanlara mənsiz iki dəfə getmişdi. Məkanların hamısı məni tanıyırdı. Cavan olsam da, məsuliyyətli idim və restoran müdirləri mənə etibar edirdilər. Bir gün məkan sahiblərinə yaxınlaşıb soruşdum ki, niyə iki gündür iş yoxdur. Onlar isə bildirdilər ki, iş var, sadəcə mən getməmişəm. Məkan müdirlərindən biri dedi ki, əgər sənə belə deyib aldadırsa, bir daha çıxış etməyə gəlməsin. Bundan sonra "Gilavar", "Ərzurum" kimi məkanlar Hüseyni işdən uzaqlaşdırdı.

Həmin dövrdə televiziya kanallarında da "qara siyahı" mövcud idi. Onun bu siyahıya düşməsinə səbəb oldum və efirlərdən uzaqlaşdırıldı. Bundan sonra münasibətlərimiz daha da gərginləşdi və artıq danışmırdıq. Məndən sonra isə Lətifə ilə işləməyə başladı. Bu, onun həyatında artıq eniş dövrü idi".

Səsləndirilən bu fikirlər sosial şəbəkələrdə geniş rezonans doğurub və izləyicilər arasında müxtəlif müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
0
3
milli.az

4Mənbələr