Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nda dəyişiklik edib.
Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5 000 manatdan az olan daşınar əmlakın "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrənilirdi.