AZ

Trampın şok Ukrayna planı: Zelenskidən elə şey tələb etdi ki...

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp və onun komandası Ukraynadakı müharibəni dayandırmaq üçün əsas şərtini irəli sürüb. Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbasdan tamamilə çıxarılmasını tələb edir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski danışıb.

Zelenskinin sözlərinə görə, Ağ Ev administrasiyası müharibənin həlli üçün Ukrayna qoşunlarının sözügedən ərazilərdən geri çəkilməsindən başqa heç bir variantı nəzərdən keçirmir.

Ukrayna lideri ABŞ tərəfi ilə aparılan danışıqların təfərrüatlarını da açıqlayıb. O bildirib ki, Mayamidə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşlər keçirilib. Lakin Zelenskinin qiymətləndirməsinə görə, bu müzakirələr hələlik heç bir müsbət nəticə verməyib.

Xatırladaq ki, "Axios" portalı bir qədər əvvəl rəsmi Kiyevin Vaşinqtondan gələn təzyiqlərin artmasından ciddi narahat olduğunu yazmışdı. Məlumata görə, ABŞ-ın Yaxın Şərqdə (İranla bağlı) hərbi gərginliyi bitirməyə fokuslanması, Ukrayna məsələsində daha sərt və güzəştsiz mövqe tutmasına səbəb ola bilər. Zelenski isə öz növbəsində Vaşinqtonun İranla bağlı yanaşmasını tənqid edərək, ABŞ-ın bu prosesi bitirməkdə həddindən artıq tələsdiyini vurğulayıb./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
icma.az

4Mənbələr