AZ

Ukrayna Leninqradı bombalamağa başladı – Bu limanlar darmadağın edilib

Rusiyanın Leninqrad vilayəti ərazisində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində Ust-Luqa limanı yenidən zərər görüb.

KONKRET.az xəbər verir ki, bu barədə region rəhbəri Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, vilayət üzərində ümumilikdə 38 PUA məhv edilib. Hadisə nəticəsində üç nəfərə tibbi yardım göstərilib, onların ikisi uşaqdır.
Qubernator bildirib ki, zərər əsasən Ust-Luqa limanına dəyib. Bundan əlavə, Kirov rayonunun Molodtsovo qəsəbəsində PUA qalıqlarının düşməsi nəticəsində yaşayış evlərinə, məktəb binasına və sosial obyektə ziyan dəyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
70
1
konkret.az

2Mənbələr