AZ

Məktəbli qaçırılaraq işgəncəyə məruz qaldı

Rusiyanın Omsk vilayətində məktəbli oğlan qaçırılaraq işgəncəyə məruz qalıb.

Publika.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 15 yaşlı oğlan naməlum şəxslər tərəfindən qaçırılıb, döyülüb və saçlarının bir hissəsi kəsilib.

Məlumata görə, Omsk polisi hadisə ilə bağlı ilkin araşdırmalara başlayıb. Araşdırma nəticəsində məlum olub ki, yeniyetmə dostları ilə birlikdə ərazidə gəzərkən daş atıb. Atılan daşlardan biri yaxınlıqda park edilmiş avtomobilə dəyib və nəticədə avtomobil sahibi ilə aralarında münaqişə yaranıb.

Seçilən
21
publika.az

1Mənbələr