AZ

Azərbaycan terror təhlükəsi reytinqində ən təhlükəsiz ölkələr sırasındadır » AzadMedia.az


Azərbaycan terror təhlükəsi səviyyəsinə görə dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi qiymətləndirilib. Bu nəticə Global Terrorism Index 2026 hesabatında əks olunub.
Reytinqə əsasən, Azərbaycan 100 mümkün mövqe arasında 93-cü yeri tutub. Bu isə ölkədə terror riskinin çox aşağı səviyyədə olduğunu göstərir. Azərbaycan bu göstərici ilə ABŞ, Fransa və İsveçrə kimi ölkələri geridə qoyub.
Hesabatda ən təhlükəli ölkə kimi Pakistan göstərilib. İlk üçlükdə həmçinin Burkina-Faso və Niger yer alır. İlk onluqda Suriya və İsrail da var.
Digər ölkələrin mövqeləri belədir: Əfqanıstan – 11-ci, Hindistan – 13-cü, Rusiya – 17-ci, İran – 18-ci, Misir – 32-ci yerdə qərarlaşıb.
Qərb ölkələri də reytinqdə nisbətən aşağı mövqelərdədir: ABŞ 28-ci, Almaniya 29-cu, Fransa 35-ci, İsveçrə isə 67-ci yeri tutub.
Azərbaycanın qonşuları arasında Türkiyə 36-cı, Gürcüstan 77-ci, Ermənistan isə 81-ci yerdə qərarlaşıb. Çin 54-cü, BƏƏ isə 68-ci yeri tutub.
Hesabatda qeyd olunur ki, mürəkkəb geosiyasi mühitə baxmayaraq, Azərbaycanın daxili və xarici siyasəti, sabit inkişafı və təhlükəsizlik orqanlarının effektiv fəaliyyəti ölkədə yüksək təhlükəsizlik səviyyəsinin qorunmasına imkan verib.
Seçilən
13
1
azadmedia.az

2Mənbələr