AZ

Mərkəzi Asiya Avropa Birliyi Parlamentlərarası Əməkdaşlıq Forumu keçirilir

Newscenter.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Özbəkistanın Səmərqənd şəhərində Birinci Mərkəzi Asiya-Avropa Birliyi Parlamentlərarası Əməkdaşlıq Forumu öz işinə başlayıb.Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, forumun keçirilməsi təşəbbüsü prezident Şavkat Mirziyoyev tərəfindən 4 aprel 2025-ci ildə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitində irəli sürülüb.Beynəlxalq dialoqda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan parlamentlərinin nümayəndələri, Avropa Parlamentinin üzvləri, ekspertlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və biznes nümayəndələri iştirak edirlər.Forumda siyasi dialoqun bugünkü vəziyyəti və gələcək perspektivləri, "yaşıl" transformasiya, iqtisadi qarşılıqlı asılılıq, rəqəmsal təhlükəsizlik, inklüziv idarəetmə və parlament diplomatiyasının müasir əhəmiyyəti kimi aktual məsələlərə dair əsas sessiyalar keçiriləcək.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
newscenter.az

2Mənbələr