AZ

Rusiyada YouTube-a məhdudiyyət QOYULDU

Ajans.az xəbər verir ki, bu barədə məlumat Moskva ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalında yayımlanıb. Məlumata əsasən, məhkəmə keçmiş “Birinci Kanal” aparıcısı Fəridə Kurbanqaleevanın apellyasiya şikayətinə baxaraq onu təmin etməyib. O, daha əvvəl Taqanski Rayon Məhkəməsinin qərarından şikayət vermişdi. Qeyd olunur ki, Kurbanqaleeva əvvəlcə Roskomnadzora qarşı iddia qaldıraraq qurumun Rusiyada YouTube-a tətbiq etdiyi məhdudiyyətləri qanunsuz hesab etdiyini bildirmişdi. Lakin Taqanski Rayon Məhkəməsi onun belə bir iddia qaldırmaq hüququnun olmadığını əsas gətirərək müraciəti rədd edib. Bundan sonra tərəf apellyasiya şikayəti versə də, Moskva Şəhər Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Seçilən
21
Ajans.az

1Mənbələr