AZ

Qazaxıstandan Azərbaycana pul axını 12%-dən çox artıb

Bakı. Trend:

2025-ci ildə Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 25,884 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 2,8 milyon ABŞ dolları və ya 12,2%çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Qazaxıstanın payı 2,2% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərinpul köçürmələrinin həcmi 7,516 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 1,064 milyon ABŞ dolları vəya 12,4% azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəQazaxıstanın payı 1,5% təşkil edib.

2024-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pulköçürmələrinin həcmi 8,580 milyon ABŞ dolları, əks istiqamətdə isə23,070 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Seçilən
60
16
az.trend.az

10Mənbələr