AZ

“İran Pakistanın təşəbbüsünə razılıq verməyə tələsmir” “Səudiyyə müharibəyə qoşularsa...”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4 və ya 5 həftə çəkəcəyini söyləmişdi. Müharibənin 4 həftəsi geridə qalıb. Bu hesabla müharibə aprelin ayının ortalarına qədər bitməlidir. Donald Tramp öldürülən ali dini lider və onun ətrafını nəzərdə tutaraq “İranda bir neçə dəfə rejimin dəyişməsinə nail olmuşuq” deyib. Halbuki, ali dini lider və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə Vaşinqtonla danışıqlara hələ marağı yoxdur”.

“AzPolitika” bildirir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında İran ətrafında yaranmış vəziyyəti şərh edərkən yazıb.

Ekspert xatırladır ki, müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb: “Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl İslamabadda görüşü də bundan xəbər verir. Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran həmin təklifləri rədd edib”.

Pakistanın Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqi olduğunu qeyd edən, E.Şahinoğlu, yada salır ki, vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabr ayında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar: “Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-nin İrana qarşı hərbi əməliyyata dəstək verəcəyi barədə xəbərlər yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir”.

Politoloq vurğulayır ki, Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir. Onun sözlərinə görə, Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücüylə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Sabitliyin bərqərarı Çin üçün də əhəmiyyətlidir.

Ekspert xatırladır ki, İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxışı imkanlarını məhdudlaşdırıb: “Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki, Çin Pakistanla strateji tərəfdaş olmasıyla yanaşı Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir”.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
2
azpolitika.info

4Mənbələr